24 Noyabr, 2017 - Cümə

XATUNA MAHMUD

İnanlar bu dünyaya yalnız yaşamaq üçün yox həm də fərq yaratmaq üçün gəlirlər. Deyək ki, vurmaq istədiyimiz bir hədəf var : “AY”. Amma onu heç cürə nişan ala bilmirik.Onu nişan ala bilməsək də, yenə də ulduzlardan birinə tuş gələ biləcəyimizə inanaq. Əgər bir xəyalımız yoxdursa, onu reallaşdırmaq üçün bir şansımız ola bilərmi? İnanaq, realist olaq, həyatımızda baş verən hər şeyi və hər kəsi yaxşılarıyla, doğru və yalanlarıyla, olduğu kimi qucaqlamağı bacaraq və fərq yaradaq.
Təbiətə, kainata müsbət siqnallar göndərməyi bacarmaq, yəni pozitiv düşünmək və bu pozitiv düşüncə insan sağlamlığının belə demək olarsa, ən yaxşı təyinatıdır.”Nə əkərsən, onu da biçərsən” prinsipi ilə nə düşünərsən kainat da sənə onu verər.
Hamımızın gördüyü kimi də, hər keçən gün həyatından məmnun olmayan insan sayı artır. Problemləriylə məşğul olmaqdan fiziki, mənəvi və zehni olaraq yorğun düşmüş bir çox insan, heç bir şeyin düzəlmədiyindən və hər gün işlərin bir az daha pisə getdiyindən şikayətlənir.
Halbuki problemlərlə başa çıxa bilmək üçün edilməsi lazım olan ilk şey pozitiv düşünməkdir . Düşüncə həyatımızı, yaşam tərzmizi yönləndirən fərqində olmadığımız ən önəmli ünsürdür.Pozitiv düşünmək sağlam yaşam üçün ən doğru davranış biçimidir.Qarşılaşdığımız çətinliklər,yaşadığımız uğursuzluqlar,ümidsizliklər və daha bunun kimi bir çox mənfiliklər həyatımızı çətinləşdirsə və hətta bəzən ucu bilinməyən bir “qaranlığa” sürükləsə də, pozitiv düşüncə və pozitiv düşünmə yolu ilə bunların öhdəsindən gəlmək olar.Amma bunu necə etmək olar?
XATUNA MAHMUDGündəlik həyatımızda hansısa yaxınımız və ya dostumuzun başına xoşa gəlməz bir hadisə gəldikdə ona məsləhətlər veririk: sən gözəlsən və sevilməyə layiqsən,çox güclüsən və bunu hamiya göstərə biləcək gücdəsən,hər şeyi olduğu kimi qəbul etməyi bacarırsan,istedadl və bacarıqlısan,həyatda hər şeyə bəzən özünə belə gülməyi bacarırsan,sağlamsan və buna görə hər gün Allaha şükr edirsən. Əslində dediklərimizin hamısı həll edilməsi çox asan və praktik olan məsələlərdir.O zaman bir anlıq özümüzü bele vəziyyətdə təsəvvür etsək və danışan da,dinləyənin də özümüz olduğunu düşünsək… Hər kəs bunun gücü ilə istədiklərinə sahib ola bilər.
Düşüncə çox təsirli bir gücdür. Əgər insanlar hər günkü düşüncə qəliblərini nəzarət etmək üçün səy göstərməzlərsə, həyatlarında bir çox mənfi hadisə yaşaya bilərlər. Əgər insanlar mənfi düşüncə stillərini dəyişdirərək şüuraltına müsbət düşüncə toxumlarını əlavə etdiklərində həyatlarında müsbət yöndə çox böyük dəyişikliklər olduğunu görəcəklər.
.Bunları bacarmaq üçün psixoloqlar sizə bir neçə pozitiv düşünmə üsulu təklif edir.
• Nəyəsə görə dogurdan da özünüzü bədbəxt hiss edirsinizsə onda bunu dəyişməyə çalışın.Əgər əldə edəcək bir şey yoxdusa onda ətrafınızdakı hər şeyi olduğu kimi qəbul etməyi öyrənin.
• Beyninizdə hər zaman sizə olumsuz hadisələri xatırladan bir səs varsa, onu susdurmağa və ona qalib gelməyə çalışın. Hər zaman insanların və içində olduğunuz hadisələrin müsbət yönlərini görməyə çalışın.
• Mümkün qədər sizə mənfi enerji verən,sizi hər zaman müzakirə edən və bununla da narahat hiss etdirən insan və hadisələrdən uzaq olun. Özünüzə qarşı hörmət və inamı zədələyən insanlardan qaçın.
• Heç bir zaman öz həyatınızı və sahib olduqlarınızı digərləri ilə nə qarışdırın nə də ki müqayisə edin.Pozitiv düşünmək sahib olduqlarınızla xoşbəxt olmaq və lazımsız yerə daha çoxunu istəməməkdir.
• Həyatınızdakı pis hadisələrdən çox yaxşı hadisələri görün.Sahib olmadıqlarınıza deyil olduqlarınıza baxın.
• Zehninnizi davamlı olaraq həyatınızdakı müsbət hadisələrə kökləyin.Hər zaman başqa bir yolun,başqa bir seçimin olduğunu unutmayın.O zaman baş verən hansısa hadisəyə hirslənməklə həmin hadisəyə başqa olumlu tərəfdən baxmağın fərqinə varacaqsınız.
• Davamlı olaraq gələcək haqqında narahat olmayın. “Ya belə olarsa,ya bu olmazsa” kimi fikirlərdən əl çəkin.Çünkü gələcəyi dəyişdirmək sizin əlinizdə deyil və bu sadəcə sizin enerjinizin lazımsız sərfi və zaman itkisidir.

XATUNA MAHMUD

Müsbət düşünmə sənətini mənimsəyib həyata keçirmək üçün öncə şükr etməyi bacaran bir insan olmağa və həyatımızı bu istiqamətdə yaşamağa çalışmalıyıq. Əgər şanslarımızın fərqində olsaq, özümüzü bir anda bu sənəti tətbiq edərkən və bir təbəssüm ilə tapa bilərik. Ona görə heç bir zaman ümidsizliyə qapanıb əlimizdəkilərin qiymətini bilməliyik.

Sən düşüncədən ibarətsən
Geriyə qalan ət və sümüksən
Gül düşünərsən gülüstan olarsan
Tikan düşünərsən tikanlı ( Mövlana)

Haqqında Əkinçi