15 İyul, 2018 - Bazar

Əkinçi yazarın arxivi

Tarixdən ibrət…

Tarixdən ibrət…    Yaxud M.S.Ordubadinin ilk dramları haqqında       Öz qələmi ilə yarım əsrdən artıq xalqının tərəqqisi və səadəti işinə xidmət göstərmiş görkəmli sənətkarımız Məmməd Səid Ordubadi çox oxunan və çox sevilən yazıçılarımızdandır.    Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan Ordubadi ədəbiyyat və mədəniyyətimizin tarixində silinməz iz qoyub getmişdir. Qüdrətli nasir-romançı, şair-felyetonçu, jurnalist və publisistin yaradıcılığında dramaturgiya da ... Ətraflı »

Çörək otu – şəfa mənbəyi

1390853375_qara-zire2

Qara zirə — ölümdən başqa bütün xəstəliklərin çarəsi Fitoterapiya sahəsinə maraq əsasən Afrika və Asiya ölkələrində qabarıq nəzərə çarpdığı halda, son zamanlar dünya əhalisində də bitkilərlə müalicəyə maraq artmışdır. Yəqin ki, siz də hansısa bir bitkinin müəyyən təsirlərindən xəbərdarsınız. Qara zirə və ya qara çörəkotu bitkisi haqqında isə eşitməyə bilməzsiniz. Bütün dünya alimləri bu bitki ilə çox maraqlanır. Qara zirədə ... Ətraflı »

Süleyman Rüstəm

1390336643_sul2

Biz gedirik azadlıqçün döyüşə, Sinələri dağlamayın, analar! Şəhid olsaq yaşarmasın gözünüz, Başa qara bağlamayın, analar! Bir vaxt deyib-gülənlərin yasını, Düşmən bağrı dələnlərin yasını, Bu günlərçün ölənlərin yasını Uzun illər saxlamayın, analar! Unudulmaz azadlıqçün ölənlər, Bizi anar bizdən sonra gələnlər – Bizim kimi el qədrini bilənlər, Ağlamayın, ağlamayın, analar! Ətraflı »

Tahir Abbaslı

1390164906_20y3

O Gecə çox şeylər haqda düşünüb-daşınanlar vardı, amma ən ümumi qənaət bu idi ki, o günlərədək çoxlarının hələ də inandığı sovet ordusu SSRİ neftinin paytaxtına həmin məqsəd-məqamla girməz. Və o gecəki tonqallarətrafı müzakirələrdə hərdən bu sayaq replikalar da səslənirdi: “Sən saydığını say, gör, yetmiş illik kələk nə sayır!” Bütün imperiyaların iç üzünü yaxşı tanıyan vətənpərvər ziyalılar – yazı həcminə görə ... Ətraflı »

Bu maraqlıdır!

1912-ci ildə çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibəyə başlaması türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olmuşdu. Bakıdan, Gəncəbasardan, Qarabağdan, Şirvandan, Qubadan, bir sözlə, Azərbaycanın hər yerindən vətənpərvər insanlar Qafqaz könüllüləri tərkibində Türkiyənin düşmənlərinə qarşı savaşa yollanırr. Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə İstanbula gedib, Balkan müharibəsində bir əlində silah, ... Ətraflı »

Azərbaycanın faunası

1389639791_ay

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti VƏ ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən (5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların ... Ətraflı »

M. Ə. Sabir: “Adəmi Adəm eyləyən paradır”

661D0CC3-89A5-42BA-B7D8-9543BCAFD152_mw800_s

Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır, Qoy nə əslin, nəcabətin olsun, Nə nəcibanə halətin olsun, Baş-ayaq eyb içində olsan da Tək bu aləmdə dövlətin olsun   Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır. Olmasın fəhmin, əqlin, idrakın, Var nə qəm, ta ki, vardır əmlakın Atəşi-xanə suzi-millət ikən Hər kəsin səcdəgahıdır xakın   Adəmi adəm eyləyən paradır, Parasız ... Ətraflı »