25 Sentyabr, 2017 - Bazar ertəsi

Zakir Əliyev 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri

Dünyada baş verən əhali artımı yoxsulluğun və aclıq təhlükəsinin sürətlənməsinə zəmin yaradır. Bu problem bəşəri olduğundan onun həlli və biomüxtəlifliyin genetik ehtiyatlarının qorunması son dərəcə vacibdir.

Bioloji müxtəliflik yaşayış mühitində–suda, quruda və digər ekoloji komplekslər də daxil olmaqla canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından başlayaraq bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artıb, insanların fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğrayıb, bir çox fauna və flora növləri məhv olub və ya onların say dinamikası kəskin surətdə azalmağa başlayıb.

Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadə olunmasına dair təcili ciddi tədbirlərin görülməsini tələb edir.

Bioloji müxtəlifliyin qorunması və davamlı istifadə olunması ən mühüm qlobal problem olduğundan onun həlli Respublikamız da daxil olmaqla , dünya birliyi ölkələrinin birgə fəal səyi nəticəsində mümkündür.Buna görə də bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq əməkdasşlığı genişləndirmək məqsədi ilə Azərbaycan Respublikası 2000-ci ildə BMT-nin “Bioloji müxtəliflik haqqında” konvensiyasına qoşulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 21 dekabr tarixli 848 saylı sərəncamı ilə bu konvensiyaya uyğun olaraq Respublikamızın götürdüyü öhdəliklərin yerinə yetirilməsini, bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası yaradılmışdır.
Bu ekoloji problemlə bağlı Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə respublikamızda bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edildi.

Əsas məqsəd yoxsulluğun aradan qaldırılmasına , ekoloji tarazlığın tənzimlənməsinə və davamlı inkişafa nail olmaqla, ölkədə olan bioloji müxtəlifliyin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.

Planın ana xəttini bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının , onların qiymətli növlərinin və cinslərinin qorunması, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsinə üstünlük verilməsi , yerli ənənələrin və mədəni dəyərlərin nəzərə alınmasıdır. Ətraf mühitə olan antropogen təsirinin qiymətləndirilməsində ictimaiyyətin fəal iştirakı üçün imkanların yaradılması, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən etməklə cəmiyyətdə ekoloji biliklərin geniş yayılmasını, ekoloji təhsilin ardıcıllığının təmin edilməsi təşkil edir.

Buna uyğun olaraq biz də 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin xidməti ərazilərində bioloji müxtəlifliyin mövcud vəziyyətini araşdırmaq məqsədi ilə mütəmadi olaraq monitorinqlər keçiririk. Monitorinqlər zamanı təşviş doğuran növlər barədə məlumat mətbuat vasitəsilə xalqa çatdırılır. Bunlardan biri də şabalıddır.

Zakir Əliyev 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiriŞabalıd iri gövdəli nəhəng ağacdır. Vətəni İtaliyadır. Əsasən Aralıq dənizi ölkələrində, Şərqi Asiyada, Şimali Amerikada və Qafqazda yayılıb.Şabalıdın 30 növü var. Bizdə ancaq bir növü yetişir.

Boyu 35 metr, diametri 3 metrə qədər olur. Çiçəklənməsi yarpaqdan sonra yayın əvvəlində başlayır və yaxşı bar verir. Məhsulu payızda yetişir və xüsusi qaydada saxlanmalıdır.

Şabalıd ağacının təsərrüfat əhəmiyyəti çox böyükdür. Oduncağından mebel, gəmiqayırma materialı, parket və bəzək üçün istifadə olunur.
Meyvəsinin tərkibində kraxmal, zülal, şəkər, yağ, turşu və vitaminlər vardır.
Şabalıd ağacı qonur torpaqları sevir. Dağ yamaclarında bitir və bununla da torpaq sürüşmələrinin—eroziyanın qarşısını alır.

Şabalıd dekorativ bitkidir, xüsusən, yazda çşiçəklədiyi dövrdə və payızda sarı—qızılı rəngə boyanan yarpaqları ətraf landşafta xüsusi gözəllik verir və cəzbedici fon yaradır.

Müharibə illərində aşağı meşə qurşağı ilə həmsərhəd ərazilərdə məskunlaşan əhali çörək qıtlığı ilə üzləşdiyi zaman şabalıd unundan istifadə ediblər.

Şabalıdın istər həyətyanı sahələrdə, istərsə də Dövlət meşə fondunda olan cavan və yaşlı ağacların hazırkı fitosanitar vəziyyəti ürəkaçan deyil. Son 10-15 il ərzində şabalıd ağacları çətir hissəsindən quruyaraq normal vegetativ inkişafdan qalmaqdadır.Bu da barvermə qabiliyyətinin azalmasına gətirib çıxarır.Və b ir neçə ildən sonra ağac tamamilə məhv olur –quruyur.Bu əsasən havaların quru keçməsilə əlaqədar olaraq yay aylarında baş verir.

Zakir Əliyev 9 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiriSon illərdə apardığımız monitorinqlər göstərir ki, şabalıd ağaclarında baş verən fitopotoloji proseslər ağacların qabıqaltı kombi qatında gedən potoloji proseslər nəticəsində bitkinin torpaqdan aldığı üzvü maddələrini çətirə, çətirdə fotosintez nəticəsində hasil olan maddələrin kök sisteminə çatdırma funksiyası itib.Bu səbəbdən də ağacların qabıq örtüyü quruyaraq çılpaqlaşır. Belə ağaclara zərərvericilər daha çox təsir edir. Həmin zərərvericilər ağacın qabıq və oduncağı ilə qidalanırlar. Nəticə etibarilə belə ağaclardan tikintidə, mebel sənayesində istifadə edilə bilməz.

Şabalıd ağaclarının düçar olduğu bu vəziyyət ekoloji problem kimi özünü göstərir. Bölgədə şabalıd ağacının təbii yayılma arealı günbəgün azalmaqdadır. Onların məhv olmasının qarşısını almaq üçün ciddi tədqiqat işlərinin aparılmasına və tələb olunan tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac vardır. Dentroloqların, entomoloqların və fitopotoloqların bu sahədə malik olduqları bilik və bacarıqların qeyd olunan problemin həllinə yönəlməsinin vaxtı artıq çatmışdır. Məsələnin ciddiliyinə vaxtında diqqət artırılmazsa, şabalıdın bir növ kimi məhv olmaq ehtimalı artacaqdır. Bu da ilk öncə bölgədə yaşayan əhalinin maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir.

Haqqında Əkinçi